ƏHMƏD FƏRUQİ

(971/1563 – 1024/1615) – islahatçı alim olmuşdur. Bəzi sufi təriqətlərində ikinci minilliyin mücəddidi adlandırılmışdır. Onu imam Rəbbani də adlandırırlar. Əsl adı Əbu Bərakət Əhməd ibn Əbdül-Əhəd Zeynül-İbn Abidindir. O, Hindistanın Sirhind şəhərində doğulmuş, soyu ikinci xəlifə Ömər ibn Xəttaba dayandığından o Fəruqi adını daşıyırdı. Əhməd Fəruqinin ilk müəllimi onun atası olmuşdur. O, ərəb dilini yaxşı öyrənmiş, Quran hafizi olmuşdur. Siyalqut şəhərində qaldığı dövrlərdə tanınmış alimlərdən hədis və fiqh elmini öyrənmişdir. Nəqşibəndiliyin mənəvi doktrinasını Dehlidə tanınmış şeyx Məhəmməd Baqi Billahdan öyrənmişdir. Əhmədin yüksək əxlaqını və biliyini qiymətləndirən şeyx Məhəmməd ona doğma şəhəri olan Sirhinddə müəllimlik etməyə icazə vermişdir. Müəllimlik fəaliyyəti ilə məşğul olan Əhməd Fəruqi təfsir, hədis və fiqhə böyük əhəmiyyət vermişdir. Sonra o, Lahora köçmüş və orada müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Əhməd Fəruqi ənənəvi dinlə sufilik arasındakı qarşıdurmanı aradan qaldırmaq istəmiş, bu istiqamətdə bəzi sufilərin dinə gətirdiyi bidətlərdən dini ehkamları qorumağa çalışmışdır. O, sufilikdə yayılmış vəhdətül-vücud təliminin bəzi məqamlarını tənqid edərək, vəhdətüş-şühud konsepsiyasını irəli sürmüşdür. Qeyd edildiyi kimi Əhməd Fəruqi dinə gətirilmiş müxtəlif bidətləri pisləyərək İslamın ilkin təmizliyinə qayıdışın vacibliyini vurğulamış, müxtəlif təriqətlərə və dini cərəyanlara qarşı çıxış etmişdir. Buna görə də, müxtəlif dini təriqətlərin təmsilçiləri ona qarşı çıxmışdırlar. Əhməd Fəruqi “Risalatüttahliliyə” (Şanlı mesaj), “İsbatül-nübüvvə” (peyğəmbərliyin isbatlanması) və başqa kitabların müəllifi olmuşdur. Ən məşhur kitabı isə məktublar toplusu olan “Məktubatdır”.
ƏHLİ-SÜNNƏ VƏL-CƏMAƏ
ƏHMƏD İBN HƏNBƏL
OBASTAN VİKİ
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Günay Əhməd
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 31 dekabr 1673-cü ildə bazar günü indiki Bolqarıstan sərhəddində yerləşən Hacıoğlubazarı qəsəbəsində dünyaya gəlmişdir. Atası Sultan Mehmed, anası isə Gülnuş Sultandır. Xanımı Gülnuş Sultanı düşkünlüyü səbəbilə özüylə səfərə aparan Sultan Mehmed o qışı yeni doğulan oğluyla birlikdə burada keçirdi. Səfər şərtləri səbəbilə uzun müddət atasıyla birlikdə ordugahları dolaşan Şahzadə Əhməd 1674-cü ilin noyabrında Ədirnə sarayına gətirildi. 26 may 1675-ci ildə başlayan və 14 gün davam edən möhtəşəm mərasimlə Ədirnə sarayında qardaşı Şahzadə Mustafayla birlikdə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1678-ci ildə Çehrin səfəri və 1683-cü ildə İkinci Vyana mühasirəsinə yollanan ordunu atasıyla birlikdə müəyyən yerə qədər müşayiət etdi. İlk təhsilinə 9 avqust 1679-cu ildə keçirilən saray mərasimiylə başlayan Şahzadə Əhməd öncə sultan şeyxi Vani Mehmed Əfəndidən, daha sonra Seyid Feyzullah Əfəndidən dərslər aldı.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. == Yaradıcılığı == Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Mail Əhməd
Mikayıl Əhməd
Molla Əhməd
Kəndlər
Muxtar Əhməd
Muxtar Əhməd (Tam adı: Muxtar İsmayıl oğlu Əhmədov; d. 1 noyabr 1948, Puşkin rayonu, Azərbaycan SSR) — şair, publisist, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1948-ci ilin noyabrın 1-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1966-cı ildə rayon Partiya Komitəsində texniki katib vəzifəsində işləyir. 1967-69-cu illər hərbi xidmətdə olan Muxtar Əhməd 1970-75-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almış, eyni zamanda rayon mədəniyyət evində "Qırmızı Çadır"a müdir təyin olunur. 1970-73-cü illər mədəniyyət evinin metodisti olan şair 1973-83-ci illər ərazində həm də Biləsuvarın Zəhmətabad kənd orta məktəbində və 2 saylı şəhər orta məktəbində müəllim, 1983-1994-cü illər isə 4 saylı şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini olmuşdur. Həmçinin Muxtar bəy 1995-2003-cü illər Biləsuvar rayon təhsil şöbəsində Filmoteka üzrə müdir, inspektor işləmişdir. Muxtar Əhməd 2003-2005-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin orqanı - "Məhsul" qəzetinin baş redaktorunun müavini 2005-ci ildən "Region-press" qəzetinin baş redaktoru, 1999-2009-cu illər arasında isə "Biləsuvar töhfələri" ədəbi ictimai birliyinin sədri olmuşdur. Hazırda "Məhsul" qəzetinin baç redaktoru olan şair Azərbaycan Yazıçılar Birliyinin Aran şöbəsi üzrə əlaqələndiricisidir. Respublika Kitabsevərlər Cəmiyyətinin medalına layiq görülmüş Muxtar bəy ədəbi fəaliyyətə tələbəlikn illərində başlamışdır.
Məhəmməd Əhməd
Sudanlı Mehdi, əsl adı Məhəmməd Əhməd İbnüs Seyyid Abdullah (12 avqust 1844[…] – 22 iyun 1885[…], Xartum) — Qırmızı dənizdən Orta Afrikaya qədər uzanan böyük bir İslam dövlətinin və bir əsr boyunca Sudanda təsirini qoruyan Mehdilik hərəkətinin qurucusu. 1881-ci ildə mehdiliyini elan edərək Misir və İngilis müstəmləkə qüvvələrinə qarşı üsyan etmişdir. Günümüzdə hələ də izləyiciləri vardır. Atası, Nubiyanın Donqola bölgəsində gəmi yapımı işində çalışırdı; Məhəmməd doğulduqdan sonra Xartum yaxınlarındakı Kərari kəndinə daşındılar. Kiçik yaşda dinlə ilgilənən Məhəmməd əgəmən İslami görüşü mənimsəmədi. Qahirədəki Əl-Əzhər Universiteti kimi qurumlarda təhsil alıb, rəsmi hiyərarşi içində görəv almaq yerinə Sudanda qalarak təsəvvüfə yönəldi. Səmmaniyə təriqətinə qatıldı və hakim sinifdən bilinçli olaraq uzaq durdu. Bütün Sudanlı bir dinsəl çevrədə yetişərək gənc yaşda ətrafında çox sayda mürid topladı. 1870-ci ildə müridləriylə, Xartumun 280 km günəyində Ağ Nildəki Əbba adasında bir təkkəyə çəkildi. Dinsəl inanclarına çoşqulu bağlılığı və uzlaşmaz tövrü dünyəvi olmaqla tənqid etdiyi şeyxi ilə çatışmasına yol açdı.
Məlahət Əhməd
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Nazim Əhməd
Nazim Əhmədov (d.27 may, 1958) — aranjimançı, sintezator ifaçısı. Nazim Əhmədov 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tanınmış aranjimançılarındandır. Müxtəlif illərdə Azərbaycan Konsert Birliyində "Bakının işıqları" və başqa musiqi kollektivlərində çalışmışdır. Sonuncu çalışdığı kollektiv məşhur "Aşıqlar" qrupu olmuşdur. Nazim qrupun aranjimançısı və sintezator ifaçısı olmuşdur. 2005-ci ildə bəstəkar Eldar Mansurovun "Bəhramnamə" proyektində qrupun musiqi rəhbəri olmuşdur.
Qədiməli Əhməd
Ramil Əhməd
Sadiq Əhməd
Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu. Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur. Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
Kacal Əhməd
Kacal Əhməd (1967, Kərkük) — İraq kürd şairi və jurnalisti. O, "Kurdsat"da "Dijebaw" verilişi ilə tanınır. Əhməd 1987-ci ildə şeir yazmağa başlamışdır. == Həyatı == Əhməd 1967-ci ildə Kərkükdə kürd əsilli ailədə anadan olmuşdur. 1986-cı ildə şeir yazmağa başlamış və 21 yaşında onları nəşr etdirmişdir. Onun şeirləri "şiddətli" və "şəhvətli" olması ilə tanınır, "kürddilli dünyada cəsur, təsirli və çətin işə görə" şöhrət qazanmışdır. Onun şeirləri ərəb, fars, türk, norveç və ingilis dillərinə tərcümə olunmuşdur. O, Nəcibə Əhməd də daxil olmaqla bir neçə kürd qadın şair və yazıçısı ilə birlikdə kürd ədəbiyyatının inkişafına töhfə verən müəllif kimi qiymətləndirilir.
Nəcibə Əhməd
Nəcibə Əhməd (kürd. نه‌جیبە ئه‌حمه‌د, Necîbe Ehmed) (1954, Kərkük) — İraq kürd yazıçısı, şairi və tərcüməçisi. Nəcibə Əhməd 1954-cü ildə Kərkükün şimal hissəsində anadan olmuşdur. O, Süleymaniyyədə universitetdə kürd dili və ədəbiyyatı üzrə təhsil almışdır. Əhməd, şeir yazmağa başladığı dövrdə kürd ədəbiyyatının yeganə qadın müəllifi idi. O, Kacal Əhməd və Məhabad Qədragi da daxil olmaqla bir neçə qadın kürd şair və yazıçısı ilə birlikdə kürd ədəbiyyatının inkişafına mühüm töhfə verən müəllif kimi qiymətləndirilir. Nəcibə Əhməd qısa hekayələri və poeziyasının üç cildini nəşr etdirmişdir. Onun əsərləri "Müasir kürd ədəbiyyatının antologiyası" kimi antologiyalara da daxildir.
Əhməd Nəhavəndi
Əhməd ibn Məhəmməd Nəhavəndi (fars. احمد نهاوندى‎; Nahavənd, Həmədan ostanı – 845) — VIII—IX əsrlərdə yaşamış fars astronomu. Onun adı İranın Nəhavənd şəhərindən olduğunu göstərir. O, 803-cü ildə vəfat edən Yəhya ibn Xalid ibn Bərməkin dövründə İranın Xuzistan regionunda yerləşən Gündişapur Akademiyasında yaşamış və işləmişdir. O, "Müştəmil" adlı cədvəllər də tərtib etmişdir. Nəhavəndi və Maşallah ibn Azəri ikinci Abbasi xəlifəsi Mənsurun hakimiyyəti dövründə çiçəklənən ən erkən islam dövrünün astronomlarından idi.
Şəmsəddin Əhməd
Şəmsəddin Əhməd (benq. শামসুদ্দিন আহমদ; 1 avqust 1920 – 9 aprel 1971) — Banqladeş istiqlal müharibəsində öldürülən və Banqladeşdə şəhid hesab olunan Şərqi Pakistan həkimi. Əhməd 1 avqust 1920-ci ildə Britaniya Racının Silhet əyalətinin Ambarxana şəhərində benqal müsəlman ailəsində anadan olub. Atası İmanəddin Əhməd Dəmir Yolları Nazirliyində işləyib, anasının adı isə Rəşidə Begüm olub. O, 1939-cu ildə Silhet Hökumət Liseyində təhsilini başa vurmuş, 1941-ci ildə isə Murari Çand Kollecində İncəsənət ixtisasına yiyələnmişdir. O, 1946-cı ildə Kəlküttə Tibb Kollecini MBBS (Tibb üzrə cərrahiyyə bakalavrı) dərəcəsi ilə bitirmiş və Birləşmiş Krallıqdakı Kral Həkimlər və Cərrahlar Kollecindən Kral Cərrahlar Kollecinin Təqaüdünü qazanmışdır. Silhet Tibb Kollecinin yataqxanası olan Doktor Şəmsəddin Hall, onun adını daşıyır. 14 dekabr 1997-ci ildə Banqladeş Poçt İdarəsi onun xatirə markalarını buraxmışdır.
Əhməd Tsalikov
Əhməd Batskoyeviç Tsalikov (10 iyul 1929, Şimali Osetiya – 21 sentyabr 2023, Vladiqafqaz) — Sovet və Azərbaycan heykəltaraşı, Azərbaycanın əməkdar rəssamı (2006), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). Əhməd Tsalikov 10 iyul 1929 ildə Şimali Osetiyada doğulub. Heykəltəraş uşaqlığının ilk illərini Noqkau kəndində keçirib. Sonralar ailə Bakıya köçüb burada məskunlaşır. Əhməd ​​orta məktəbi bitirdikdən dərhal sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Sonra isə təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirir. Orada Akademiyanı bitirdikdən sonra gənc heykəltəraş çox sevdiyi Bakıya dönür. Tsalikov müəllimləri arasında Cəlal Qaryağdı və Pinxos Sabsayın adlarını çəkir. Onun yaradıcılıq yolu Mirələsgər Mirqasımov, Elmira Hüseynova və digər məşhur sovet heykəltəraşları ilə bağlı idi. 2017-ci ildən Vladiqafqazda yaşayırdı.
Abbas Əhməd
Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı. == Həyatı == 1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır. Rusiyada məktəbə getmişdir. Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü. 1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu. 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir. 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi. 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda.